Qubada narkotacir tutuldu 

16:47 23.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubada narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməkdə şübhəli bilinən şəxs tutulub.

Hafta.az DİN-ə istinadən xəbər verir ki, saxlanılan 40 yaşlı Orxan Sultanlıdır.

Onun üzərinə və əşyalarına baxış zamanı ümumilikdə 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanaraq maddi sübut kimi götürülüb.

Fakt üzrə cinayət işi açılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.